Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana işgüzar səfər edəcək.
Hokm.az Trend-ə istinadən bildirir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı nazirin səfərinin gündəliyini açıqlayıb.
Onun sözlərinə görə, S.Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü planlaşdırılır.
M.Zaxarova qeyd edib ki, xüsusi diqqət 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanmış üçtərəfli razılaşmaların reallaşdırılmasına yönəldiləcək.
“Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının bütün kompleks məsələləri nəzərdən keçiriləcək”, – deyə o bildirib.