Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ara Ayvazyan regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Bu çərçivədə 10 noyabr və 11 yanvar tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Hokm.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ayvazyan humanitar problemlərin həlli kontekstində hərbi əsirlərin geri qaytarılmasının vacibliyini vurğulayıb. Erməni nazir Rusiyanın Dağlıq Qarabağdakı humanitar vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirib.
Tərəflər eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aktual məsələlərin həll olunmasının vacibliyini vurğulayıblar.Qazet.az