Krım, Suriya və Çeçenistan müharibəsinin “qəhrəmanı”, general-mayor Gerasimov Ukraynada öldürüldü – FOTO
!Ege
Rusiyanın tanınmış general-mayoru Vitali Gerasimov Ukraynanın Xarkov şəhərindəki döyüşlər zamanı həlak olub.Hokm.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti Ukraynanın Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, Gerasimovla yanaşı Rusiya ordusunun yüksək rütbəli zabitləri də həlak olub.Qeyd edək ki, Vitali Gerasimov İkinci Çeçenistan müharibəsində, Suriya müharibəsində və Krımın işğalında rol oyanmışdı. Əlavə edək ki, ötən həftə Vitali Gerasimovla eyni birlikdə yer alan general-mayor Andrey Suxovetskinin öldürüldüyü açıqlanmışdı.Metbuat.az