“Körpələrdə yuxu pozğunluğu halına tez-tez rast gəlinir”.
Hokm.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, bəzən valideynlər körpələrə yatması üçün dərman verirlər:
“Bu, qətiyyən düzgün deyil. Yemək və yatmaq uşaqlarda vərdişlə bağlıdır. 6 aydan sonra uşağa gecə yemək verməyə ehtiyac yoxdur. Çünki vərdiş yaranır”.