Koronavirusa (COVID-19) yoluxaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Niyaməddin Musayev evə buraxılıb.
81 yaşlı müğənni “Instagram” hesabında hər şeyin yaxşı olduğunu yazıb.
“Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir. Bilirəm ki, mənə görə nigaran qalmısınız. Şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Bütün həkimlərə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək. report