Komitə sədri növbəti qəbul keçiribbackend

Komitə sədri növbəti qəbul keçirib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə Hokm.az-a komitədən bildirilib.

Qubadlı ərazisindəki tarixi, dini, mədəni abidələr haqqında bilgilərin toplanması ilə məşğul olmuş tarix müəllimi Seyran Məmmədov, müxtəlif əməli fəaliyyət sahələrini təmsil edən aydınlar – Məzahir Qurbanov, Təvəkgül Məmmədov, qardaş Türkiyə Cümhuriyyətinin Bakıda çalışan vətəndaşları Yalçın Çoban, Hasan Arslan və başqaları ilə görüşən Fazil Mustafa onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb.

Komitə sədri qaldırılan vacib məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarına məktubla müraciət edəcəyini bildirib.

İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyəti barədə danışan Fazil Mustafa, görüş iştirakçılarına Milli Məclisdə ictimai birliklər, həmkarlar təşkilatları, dini qurumlar ilə bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar haqqında məlumat verib.

  •  (1)
  •  (0)