ABŞ ordusunun Əfqanıstandakı komandanı Austin Skott Miller istefa verib.
Hokm.az metbuat.az-a istinadən xəbər verir ki, ABŞ ordusunun Əfqanıstandan çəkildiyinə diqqət çəkən Millerin açıqlamasına görə, Əfqanıstan ordusunun Talibana qarşı 6 ay mübarizə apara biləcək gücü var. Onun sözlərinə görə, Talibanın yeni əraziləri ələ keçirməsi Kabil üzərində ciddi təzyiq yaradıb.
Miller bildirib ki, hadisələr Əfqanıstanın vətəndaş müharibəsinə sürükləndiyini göstərir.