Macarıstanın koronavirusa yoluxan sakini Şilviya Bedo-Nagi süni komadan çıxdıqdan sonra ana olduğunu öyrənib.
Hokm.az xəbər verir ki, bu barədə “New York Post” yazır.
Belə ki, 2020-ci ilin sonunda hamiləliyin son ayında olan Şilviyaya koronavirus diaqnozu qoyulub.
Həkimlər onu karantin müddətinə evə göndərib, lakin qadının vəziyyəti pisləşib, sətəlcəm başladığından o, çətinliklə nəfəs alıb. Şilviyanı Budapeşt xəstəxanalarından birinə yerləşdiriblər.
Burada keysəriyyə əməliyyatı yolu ilə qadının qız övladı dünyaya gəlib və Şilviya reanimasiya şöbəsinə köçürülüb, süni ventilyasiya aparatına qoşulub, daha sonra isə süni komaya salınıb.
O, xəstəxanada olduğu müddətdə həyat yoldaşı Cozef Bedo körpənin qayğısına qalıb.
Milad bayramı ərəfəsində ayılan qadın doğuş keçirdiyini xatırlamayıb və ana olduğunu yalnız komadan çıxandan sonra öyrənib.
Hazırda Şilviya evində, ailəsi ilədir.big.az