Kirayənişin ev sahibini qətlə yetirib.
Hokm.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə baş verib.
Məlumata görə kirayəşin Həmzə C. ilə ev sahibi Şenel Tombul arasında kirayə haqqının artırılması üstündə mübahisə baş verib. Kirayə haqqı ilə bağlı razılığa gələ bilməyən ikilinin mübahisəsi axşam saatlarında kirayəşinin evdən çıxmayacağını deməsindən sonra davaya çevrilib.
Dava zamanı kirayənişin Həmzə C. üzərində gəzdirdiyi tapança ilə ev sahibi Tombulun sinəsindən iki atəş açıb. Silah səslərini eşidən qonşular polisə və təcili tibbi yardıma zəng vurublar.
Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatıdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Cinayəti törətməkdə şübhəli bilinən Həmzə C. isə polisə törətdiyi cinayəti etiraf edərək hadisənin ikili arasında düşən mübahisə zamanı baş verdiyini bildirib.
Araşdırma aparılır.