Kənd məktəbində istilik niyə kəsilib? – Rəsmi CAVABbackend

Kənd məktəbində istilik niyə kəsilib? – Rəsmi CAVAB

Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli məktəbə gələn qaz xəttində sızma müşahidə olunduğu üçün təhsil müəssisəsinə mavi yanacağın verilməsi 1 dekabr tarixində müvəqqəti olaraq dayandırılıb və məktəbin istiliklə təminatında fasilə yaranıb.

 

Mil-Muğan Regional Təhsil İdarəsindən Hokm.az-a bildirilib ki, problemin aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müraciət edilib və məsələnin qısa zamanda həlli istiqamətində zəruri tədbirlər görülüb. 2 dekabr saat 12:00 radələrində təhsil müəssisəsinin istiliklə təminatı bərpa edilib.

“Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib.

 

Hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır”.

  •  (0)
  •  (0)