Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşını təltif edib.
Bu barədə “Hokm.az”a FHN-dən bildirilib.
Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər “Əməkdaşlığa görə” döş nişanı ilə təltif ediliblər:
– Seytalin Azamat Serikoviç
– Aminov Timur Vladimiroviç
– Aydarov Kani Manapoviç
– Karayev Sayasat Musayeviç
– Kenjeqaliyev Majit Serikbayeviç
– Kulxanov Azımbek Şındauletoviç
– Kuzembayev Erbol Axmetoviç
– Mendibayev Naurızbek Erlanulı
– Nuqumanov Ardak Koyşibekoviç
– Tleuberqenova Ayman Mınbayevna