Kəlbəcərdə yataqların istismarına start verildibackend

Kəlbəcərdə yataqların istismarına start verildi

Biz artıq böyük qayıdışdan sonrakı mərhələdəyik. Artıq Kəlbəcər rayonu ərazisində mövcud yataqların istismarı ön plandadır.

Bu sözləri Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert Saatı”nda çıxışı zamanı çıxışında deyib

O bildirib ki, ilkin mərhələyə start verilib:

“Kəlbəcərdə aşkar edilən bütün yataqların ilkin olaraq qısa müddətli monitorinqinə və diaqnostikasına başlanılıb. Daha sonra orta və uzunmüddətli mərhələdə yataqların effektivlik və önəmlilik dərəcəsinə uyğun olaraq istismarı nəzərədə tutulur.

Paralel olaraq Kəlbəcər rayonunda həm yataqların istismarı, həm də axtarış kəşfiyyat işlərinin aparılması da planlaşdırılır”.

  •  (0)
  •  (0)