“Kaspersky” şirkəti mövcud çətin şəraiti nəzərə alaraq kiçik sahibkarlığa dəstək olub.
Oxu.Az xəbər verir ki, kiçik şirkətlərin və sahibkarların kiber müdafiəsi üçün hazırlanmış “Kaspersky Small Office Security” həllini 1 sentyabr 2020-ci ilədək pulsuz quraşdırıb istifadə etmək olar.
“Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib ki, karantin ilə əlaqədar olaraq müştərilər, tərəfdaşlar və podratçılarla ünsiyyət tamamilə rəqəmsal məkana köçürülür və işçilər evdə işləməli olurlar:
“Məsələn, fitnes klubda qrup təlimləri əvəzinə indi məşqçinin hərəkətləri canlı yayımda təklif olunur, restorana getmək əvəzinə, onlayn sifariş və çatdırılma təklif olunur, uşaq dərnəkləri əvəzinə video konfrans formasında qrup dərsləri təklif olunur. Ancaq kiçik müəssisələrin rəqəmsal fəaliyyətlərinin artması ilə sahibkarların kibercinayətkarların qurbanı olma riski də artacaq.
Hələ özünütəcridetmə rejiminin tətbiqindən əvvəl, dünyada 50 nəfərə qədər işçisi olan 36% şirkətlər müştəri məlumat bazaları, gizli iş və digər sənədlərdə sızmadan əziyyət çəkdiklərini bildiridilər. Bundan əlavə, kiçik və orta bizneslərdə ən çox sızma korporativ cihazların zərərli proqramla yoluxması nəticəsində baş verir (bu cür hallar 250 nəfərə qədər işçisi olan şirkətlərin 42% -də qeyd olunun), eləcə də, işçilərin istifadə etdikləri şəxsi cihazlarına zərərli proqramların yüklənməsi ilə (kiçik şirkətlərdə respondentlərin 39% -i bunu təsdiqləyib). Biznesin rəqəmsal məkana keçməsi ilə əlaqədar olaraq, bu rəqəmlər daha da arta bilər.
“Kaspersky” şirkəti hazırkı durumun mürəkkəbliyini nəzərə alaraq, kiçik şirkətlər üçün “Kaspersky Small Office Security” qorunma həllinin xüsusi pulsuz versiyasını hazırlayıb. Bu həll “Mac” və ya “Windows” platformasında olan kompüterlərin, “Android” ilə işləyən smartfon və ya planşetlərin, eyni zamanda bir serverin təhlükəsizliyini təmin edəcək. Bundan əlavə, kiçik təşkilatların işçiləri parol menecerindən istifadə edə biləcəklər.
“Kaspersky Small Office Security” internetdə maliyyə əməliyyatlarının təhlükəsiz aparılmasına kömək edir, davamlı parollar yaradır və etibarlı şəkildə qoruyur, virus hücumlarını bloklayır və bütün faylların avtomatik nüsxələnməsini yaradır. Proqramla işləmək üçün sistem administratoruna ehtiyac yoxdur”.
“Kiçik müəssisələrin təcrid şəraitində yaşamaları və sonra fəaliyyətlərini davam etdirməsi üçün sahibkarlar öz biznes modellərini ciddi şəkildə yenidən nəzərdən keçirməli və demək olar ki, tamamilə rəqəmsal məkana keçməlidirlər. Lakin kiçik təşkilatların infrastrukturu çox vaxt belə dəyişikliklərə hazır olmur. Biz onların işini heç olmasa informasiya təhlükəsizliyi baxımından asanlaşdırmaq istəyirik”, – deyə M.Məmmədov qeyd edib.
Lisenziyanı linkə daxil olub əldə etmək olar: https://kas.pr/free-ksos.
Aksiya aprel ayının 15-dən sentyabrın 1-ə kimi aktivdir.