“Karmen” unu ermənilərə Gürcüstandan tədarük edilib – Şirkətdən açıqlamabackend

“Karmen” unu ermənilərə Gürcüstandan tədarük edilib – Şirkətdən açıqlama

Adı qalmaqallı yazılarda və sabotaj mətnlərində hallanan iş adamı, İmişlinin sabiq deputatı Əsabil Qasımovun adı yenidən manşetlərə düşüb. Bu dəfə o, Qarabağ ərazisində yaşayan ermənilərə paylanan un məhsulları ilə bağlı gündəmə gəlib. Məsələ burasındadır ki, Xankəndində yaşayan ermənilərə Rusiya tərəfindən göndərilən humanitar yardımla bağlı yayılan fotolarda qalaqlanmış un kisələrinin üzərində aydın şəkildə “Karmen” sözü oxunur.

Əsabil Qasımov bu məsələ ilə bağlı mətbuata açıqlama vermək istməsə də “Karat” MMC-nin (Adını və soyadını təqdim etməyən) əməkdaşı Correct.az saytına açıqlama verib. O bildirib ki, qeyd olunan məsələnin onlara heç bir aidiyyəti yoxdur:

“Ermənilərə göndərilən humanitar yardım Gürcüstan ərazisindən gedib və bu məsələnin bizə aidiyyətı yoxdur”.

Xatırladaq ki, “Karmen” ticarət markası keçmiş deputat Əsabiq Qasımova məxsus “Karat” MMC-yə aiddir və onun çoxsaylı dəyirmanlarında istehsal olunan un və un məhsulları bu adla satışa çıxarılır.

  •  (0)
  •  (5)