Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Ayşat Kadırova hökumət sədrinin müavini vəzifəsindən istefa verib.
Hokm.az xəbər verir ki, bu barədə o, özünün instaqram səhifəsində paylaşım edib.
O, bu işin “güclü kişi” üçün daha uyğun olduğunu söyləyib.
“Mən respublikamızın rifahı üçün çalışacağam, biznes layihələri üzərində çalışacağam. Mən əminəm ki, bu fəaliyyətimlə siyasətlə məşğul olmaqdan daha çox fayda gətirə biləcəyəm”, – deyə xanım Kadırova bildirib.
O, moda sənayesində işləməyi planlaşdırdığını da əlavə edib: “Ən əsası odur ki, mən babamın yolu ilə getməyə davam edirəm”.
Ayşat Kadırova Ramzan Kadırovun böyük qızıdır, onun 26 yaşı var. O, 2023-cü ilin oktyabrında Çeçenistan baş nazirinin müavini təyin olunub. Bundan əvvəl, 2021-ci ilin oktyabr ayından o, Çeçenistanın mədəniyyət naziri vəzifəsini tutub. 2022-ci ilin iyununda o, Çeçenistanın Birinci Prezidenti ordeni ilə təltif edilib.