Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksinə direktor təyin olunub.
Hokm.az-ın xəbərinə görə, həmin şəxs, Bəylər Mirzəyevdir.
Qeyd edək ki, Bəylər Mirzəyev sabiq media işçisidir. O, 2008-2009-cu illərdə AzTV-nin İdman Proqramları Baş redaksiyasında müxbir kimi işləyib.
2009-2017-ci illərdə “İdman Azərbaycan” (indiki “İdman TV”) telekanalında redaktor vəzifəsində işləyib. Daha sonra o, 2017-2019-cu illərdə “İdman Azərbaycan”a baş redaktor müavini vəzifəsinə təyin olunub.
O, 2020-ci ildə Sumqayıt Olimpiya İdman Kompleksinin direktor müavini vəzifəsinə təyinat alıb.
2022-ci ildə həmin Olimpiya Kompleksində Zeynəb Məmmədyarovanın təyinatınadək direktor əvəzi işləyib. (Oxu.az)