Ötən həftdən Qaragöl ətrafında baş verən hadisələr regionda yeni müharibənin başlamasının xəbərçisi ola bilər.
Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.
“Məlumata görə, azərbaycanlıların erməni ərazisinə daxil olmasından sonrakı günlərdə erməni ordusuna ən yaxşı bölmələrlə mövqe tutmaq və gözlənilməz hücumla rəqibi geri otuzdurmağa hazır olmaq tapşırılıb.
Yeri gəlmişkən, Ermənistan Baş Qərargahına yaxın olan keçmiş yüksək rütbəli hərbçilər bildiriblər ki, Ermənistan hökumətindən müxtəlif xəritələri arxivlərdən çıxarmaq tapşırılıb. Bu xəritələrə görə, Tavuşdan və Naxçıvan sektorunda azərbaycanlıların gətirdikləri eyni əsaslandırmaları gətirərək irəliləmələr planlaşdırılıb”, – deyə nəşr qeyd edib.