Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Rusiyada dolların dövriyyəsinin qadağan edilməsinə və Avropaya qaz tədarükünü dayandırmağa çağırıb.
Hokm.az xəbər verir ki, Jirinovski bu barədə “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.
RLDP lideri dolları çirkli adlandırıb: “Dollarınızı götürün! Sizin dollarlarınız bizə lazım deyil! Bu çirklərə əlimizlə də toxunmayacağıq. Bunu edəcəklər? Yox. Dollara inam kəskin şəkildə azalacaq”.
Onun sözlərinə görə, bu valyutadan imtina mühüm və qəti anti-Qərb addım olacaq. Partiya lideri həmçinin Rusiya qazının Avropaya nəqlini dayandırmağa çağırıb. O bildirib ki, Avropa İttifaqı ölkələrinin sakinləri “donub üsyan etsinlər”.Publika.az