Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı 01.03.2021-ci il tarixə olan son statistik məlumatlar açıqlanıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Hokm.az-a verilən məlumata görə, son rəqəmlər aşağıdakı kimidir:
1. Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər – 3890 nəfər
a) hərbçilər – 3171 nəfər
b) mülki şəxslər – 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca)
a) kişilər – 3623 nəfər
b) qadınlar – 267 nəfər
Qeydiyyata alınmış itkinlərdən
əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər – 872 nəfər
a) hərbçilər – 605 nəfər
b) mülki şəxslər – 267 nəfər (29 uşaq, 98 qadın, 112 qoca)
a) kişilər – 774 nəfər
b) qadınlar – 98 nəfər
2. Əsir və girovluqdan azad edilmiş şəxslər – 1480 nəfər
a) hərbçilər – 378 nəfər
b) mülki şəxslər – 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca)
a) kişilər – 1123 nəfər
b) qadınlar – 357 nəfər