İtkin düşmüş 25 nəfərin kimliyi müəyyənləşibbackend

İtkin düşmüş 25 nəfərin kimliyi müəyyənləşib

Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin götürülməsi prosesi xeyli sürətləndirilib. Bu günədək itkin düşmüş 3890 şəxsdən 3407 şəxsin ailə üzvlərindən 10815 bioloji nümunə götürülüb. Meyit qalıqlarının məhkəmə molekulyar genetik ekspertiza zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş 25 nəfərin şəxsiyyəti müəyyənləşib, meyit qalıqlarından 12-si artıq ailə üzvlərinə təhvil verilib.

Apress.az xəbər verir ki, bu sözləri “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda hərbi prokuror Xanlar Vəliyev deyib.

“Hazırda digər meyit qalıqlarının kimliyinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə insan meyit qalıqlarının axtarışı prosesinin müəyyən obyektiv çətinlikləri var. Belə ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin basdırıldıqları kütləvi məzarlıqların əraziləri Ermənistan tərəfinə məlum olduğu halda, bununla bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, bu günədək Ermənistan həmin ərazilərin koordinatları barədə məlumatları verməkdən qəsdən yayınıb”, – deyə Xanlar Vəliyev vurğulayıb.

  •  (1)
  •  (0)