Aleksandr Maslyakov -kiçiklə danışıqlarda şərt qoyduq ki, ya komandanın adını qaytarırıq, ya da yarışı tərk edirik.
Nəticədə məqsədimizə nail olduq və bundan sonra “Şuşa” komandası olaraq Sankt-Peterburq ŞHK Liqasında çıxış edəcəyik.
Hokm.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında komandanın prodüseri Müşviq Abbasov deyib.
Xatırladaq ki, bundan əvvəl Soçidə hər il keçirilən festivala yollanan və birinci mərhələdən uğurla keçən “Şuşa” ŞHK komandası ikinci mərhələdə adını dəyişmək məcburiyyətində qalıb.
Bu xəbər azərbaycanlı sosial şəbəkə istifadəçilərinin hiddətinə, ermənilərin isə sevincinə səbəb olub. Vətəndaşlarımız qeyd ediblər ki, komandanın adını dəyişməkdənsə, ŞHK-dən ayrılmaq daha yaxşıdır.
Komandanın prodüseri Müşfiq Abbasov məlumat verib ki, birinci turdan sonra baş tutan iclasda redaktorlardan bir nöbəti mərhələdə iştirak edəcək komandaların siyahısını açıqlayıb. O, bildirib ki, “Şuşa” komandası ancaq adını dəyişdiyi təqdirdə ikinci turda iştirak edə bilər. Bu tələbi milliyyətcə erməni, Aleksandr Maslyakovun müavini Ruben Caqinyan irəli sürüb.
Müşfiq Abbasovun sözlərinə görə, ikinci mərhələyə adlamaq və Aleksandr Maslyakov – kiçiklə görüşmək imkanı əldə etmək üçün onların komandası adını dəyişmək məcburiyyətində qalıb.