İsmayıllıda şəhid Teymur Osmanlının anım mərasimi keçirilib – FOTOLARbackend

İsmayıllıda şəhid Teymur Osmanlının anım mərasimi keçirilib - FOTOLAR

Bu gün 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Teymur Saday oğlu Osmanlının şəhadətə ucalmasından beş il ötür. Bu münasibətlə onun doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Cülyan kəndində anım mərasimi təşkil olunub.

Mərasimdə rayon rəhbərliyinin nümayəndələri, ictimaiyyət fəalları, kənd sakinləri, şəhidin doğmaları və yaxınları, döyüş yoldaşları, eləcə də Teymurun təhsil aldığı Cülyan kənd orta məktəbinin və İsmayıllı şəhəri 1 saylı tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca çıxış edənlər – şəhidin valideynləri, müəllimləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri Teymur Osmanlının həyat və döyüş yolundan bəhs ediblər. Onun cəsarəti, vətənə bağlılığı, nizam-intizamı və fədakarlığı xüsusi vurğulanıb.

Çıxışlarda qeyd olunub ki, Teymur Osmanlı 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində fəal iştirak etmiş, müxtəlif istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Onun göstərdiyi igidlik və vətənpərvərlik nümunəsi gənc nəslin yetişməsində əvəzsiz rol oynayır.

Tədbir çərçivəsində məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Sonda şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, Teymur Osmanlı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan biridir. Onun xatirəsi ailəsinin, doğmalarının və bütövlükdə xalqımızın yaddaşında əbədi yaşayacaq.

  •  (0)
  •  (0)