Xəbər verdiyimiz kimi, dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun Corcina Rodrigeslə yaşadığı eşq hekayəsi haqda sənədli film çəkilib.
Hokm.az axşam.az-a istinadən bildirir ki, “Netflix”də yayımlanacaq olan ekran işində müsahibə zamanı model Ronaldo ilə tanış olduqları ilk vaxtlardan söhbət açaraq maraqlı məqamlara toxunub.
Corcinanın sözlərinə görə, o, 2016-cı ildə “Gucci” mağazasında çalışarkən Ronaldo ilə tanış olub. Həmin vaxtlar model saatda 10 avro maaş aldığını etiraf edib.
O, vurğulayıb ki, futbolçu onu işdən götürməyə “Bugatti” ilə gəlirmiş və bütün iş yoldaşları buna təəccüblənirmiş:
“Dəfələrlə işdən sonra məni aparmağa gəlib. İşim axşam saat 22:00-da bitirdi. O, məni “Bugatti” ilə götürməyə gəlirdi. Həmkarlarım dəli oldular, inana bilmirdilər. Avtobusla gəlib, “Bugatti” ilə qayıdırdım. Arzu edirdim ki, yanımda yaraşıqlı şahzadə olsun. Onun sevgisi həyatımı gözəl xəyala çevirdi”.
Eyni zamanda filmdə Ronaldonun da müsahibəsi yer alıb. O, Corcinanın sözlərini təsdiqləyərək həmin anları belə xatırlayır:
“Corcinanın həyatımın qadını olduğunu tez anladım. Maşınlarım var idi, niyə onu taksiyə mindirməliydim? Gülməlidir, onu bu parlaq avtomobillərdə mağazanın çıxışında gözləyirdim”.
Corcina K.Ronaldonun şəxsi təyyarəsi ilə səyahət etməyi xoşladığını və bunun həyatı xeyli asanlaşdırdığını əlavə edib:
“Əgər adi hava limanından istifadə etməli olsaydım, iki saat gözləməli olardım ki, bu da məni dəli edərdi. Hətta buna görə, heç yerə getməzdim”.
Hazırda ata olmağa hazırlaşan Ronaldo Corcina ilə nə zaman evlənəcəyi ilə bağlı suala isə “Bu, bir ildən sonra da ola bilər, altı ay və ya bir aydan sonra. Mən bunun baş verəcəyinə əminəm” – deyə, cavabını verib.
Xatırladaq ki, Ronaldo bu yaxınlarda 28 yaşı tamam olan Corcinaya ad günü sürprizi edərək onun simasını Bürc Xəlifədə nümayiş etdirərək təbrik edib.
Qeyd edək ki, cütlüyün Alana Martina adlı 4 yaşlı qızı var. Ronaldonun 11 yaşlı Kriştiano adlı oğlu, Yeva və Mateo adlı əkizləri surroqat anadan dünyaya gəlib. Hazırda ikili biri qız, digəri oğlan olmaqla əkiz övladlarının dünyaya gəlməsini gözləyir.