İşdən çıxarılan rəis müavini Ali Məclisi MƏHKƏMƏYƏ VERDİbackend

İşdən çıxarılan rəis müavini Ali Məclisi MƏHKƏMƏYƏ VERDİ

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə məhkəməyə üz tutub.

Hokm.az-ın əldə etdiyi məlumata görə, sabiq müavin Naxçıvan Ali Məclisini məhkəməyə verib.

Nihad Məhəmmədzadənin məhkəməyə müraciət etməsinin səbəbi işə bərpa edilmə tələbi ilə bağlıdır.

Belə ki, o, 2 dekabr 2024-cü il tarixində vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

İşə Naxçıvan şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Nihad Məhəmməadzadə 1986-cı ildə Babək rayonunun Cəhri kəndində anadan olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

1403705

  •  (0)
  •  (0)