Ermənistan Müdafiə Nazirliyinin önündə övladlarının Qarabağa göndərilməməsi üçün aksiya keçirən valideynlər deyir:
– Bu yaxınlarda bir qrup erməni hərbçi tikinti materiallarının daşınması üçün nəzərdə tutulan yük maşınında Laçın dəhlizindən keçərək, Xankəndinə göndərilib;
– Bizə dedilər ki, övladlarımız Qarabağa qayıtmayacaq, amma indi əsgər qaçaqmalçılığı edirlər;
– Uşaqlarımızın hərbi xidmət keçməsinə razıyıq, amma Qarabağda yox, orada onlar əsir götürülə bilər;
– Müharibədən qayıdanların yenidən Qarabağa göndərilməsindən qorxuruq, səlahiyyətli orqanlar heç bir problemi həll etmir;
– Qarabağda qalan erməni hərbçilərə geri qayıtmağına icazə verilmir, Xankəndidə qalmaları əmri verilib;
(Amerikalı jurnalist Patrik Lancesterin videoreportajından)…
Erməni validenylərin dediklərindən məlum olur ki:
1. Xankəndidə qalan erməni hərbçilər evlərin qayıtmaq istəsələr də, onlara icazə verilmir;
2. Ermənistandan Qarabağa hələ də müxtəlif yollarla əsgər göndərilir: sülhməramlılar aldatmaq üçün əsgərlər mülki geyimdə, mülki maşınlarla gətirilir (sülhməramlıların da bir çox hallarda göz yumduğu da istisna deyil);
Bu, Ermənisyan tərəfindən üçtərəfli razılaşmanın pozulduğunun növbəti faktıdır və buna görə İrəvanla yanaşı, sülhməramlılar da cavab verməlidir.publika.az