Naməlum şəxs İrəvandan Moskvaya uçan təyyarədə bomba olması barədə məlumat verib.
Hokm.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, Moskvanın “Şeremetyevo” hava limanının elektron poçtuna İrəvan-Moskva reysinə bomba qoyulması barədə anonim məlumat daxil olub.
Sözügedən təyyarə hava limanında yerə endikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara başlayıb. Hələ ki, axtarışın nəticələri haqda məlumat verilməyib. “Qafqazinfo”