İranlı deputat: “Kişilər qonşu ölkələrdən buraya qadınlarla əylənmək üçün gəlirlər”backend

İranlı deputat: “Kişilər qonşu ölkələrdən buraya qadınlarla əylənmək üçün gəlirlər”

İran Parlamentinin Şiraz şəhərindən seçilmiş deputatı Əlirza Pakfitrət sensasiya sayıla biləcək açıqlama verib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, o, bəzi qonşu ölkələrdən turist kişilərin iranlı qadınlarla əylənmək üçün ölkəyə səfər etdiklərini deyib.

Ə.Pakfitrətin sözlərinə görə, sözügedən vəziyyətə səbəblərdən biri də ölkə əhalisinin ağır vəziyyətdə yaşaması, yəni kəskin yoxsulluğa görə qadınların əxlaqsızlıqla məşğul olması hallarının da artmasıdır.

Deputat ölkədə qadınların hicab taxmaması və ya hicabı “lazımi qaydada” taxmaması hallarının artdığından da şikayətlənib.

O əlavə edib ki, bunun səbəblərindən biri də ölkənin rəsmi şəxslərinin ailələrindəki qadınların da məcburi hicaba riayət etməməsi hallarıdır. Buna görə sadə xalq da qaydalara tabe olmaqdan boyun qaçırır.oxu.az

  •  (1)
  •  (2)