“İran nüvə proqramını gizli şəkildə icra edir”.
Hokm.az Metbuat az-a istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin yayımladığı hesabatda belə deyilir. Məlumata görə, İran Natanz stansiyasında uranın zənginləşdirilməsinə dair işləri davam etdirir.
Hesabatın İranın Çin, Rusiya və 3 Avropa ölkəsi ilə görüş ərəfəsində yayımlanması diqqət çəkir.Toplantı gələn həftə Vyanada təşkil ediləcək.