İranın Ermənistan üzərindən Qarabağa “yardım” göndərməsi haqda yayılan görüntülər təəccüblü deyil. İşğal dövründə Xankəndidəki separatçılarla geniş biznes əlaqələri quran, Qarabağı “pulların yuyulması” mərkəzinə çevirən ölkədən bəhs edirik.
Burada əsas məqam yüklərin nədən ibarət olmasıdır. Rusiyadan Ermənistana göndərilən hərbi yük (zirehli gödəkçə aparan iki yük maşını) Gürcüstan tərəfindən buraxılmadı. Bu xəbərin ardınca İrandan Qarabağa “yardım” göndərildiyinə dair görüntülər yayıldı. İstisna deyil ki, İranın “yardım” adı altında apardığı yük Gürcüstandan buraxılmayan hərbi yükdür, yaxud həmin zirehli gödəkçələr bu “yardım”ın arasına “qarışıb”. O da istisna deyil ki, iki TIR dolusu zirehli gödəkçə Xankəndidəki separatçıların yaratdığı yeni silahlı qruplaşmalar üçün nəzərdə tutulur.
Tovuz döyüşlərində və sonrasında Rusiyadan Ermənistana daşınan hərbi yüklər Gürcüstan icazə vermədiyi üçün İran üzərindən aparılırdı. Görünür, eyni təcrübədən yenidən yararlanırlar.
İran “yardım” adı altında Qarabağa girişi ilə onu işğaldan azad olunmuş ərazilərin bərpasına haqlı olaraq yaxın buraxmaq istməyən Bakıya da mesaj verir.Publika.az