İranda zavodda güclü partlayış olubbackend

İranda zavodda güclü partlayış olub

İranda yerli poladtökmə zavodunda güclü partlayış baş verib.

Hokm.az-ın məlumatına görə, bu barədə “Voanews” portalı bildirib.

Qeyd edilir ki, hadisə Zərənd şəhərində olub. Alov şəhərin müxtəlif ərazilərindən görünüb.

Hadisə əridilmiş metal sızmasına görə olub. Hələlik partlayış nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.

Sosial şəbəkə istifadəçiləri müəssisənin ərazisində güclü yanğını əks etdirən videogörüntüləri paylaşıblar.report

  •  (0)
  •  (0)