İran İsrailin zərbələrinə cavab verəcək? – XİN başçısından AÇIQLAMAbackend

İran İsrailin zərbələrinə cavab verəcək? – XİN başçısından AÇIQLAMA

İran İsrailin zərbələrinə cavab verməyə tələsməyəcək.

Hokm.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi Tehranda diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, deeskalasiya məsələsi genişmiqyaslı müharibə ehtimalına görə həm regional, həm də qlobal səviyyədə ictimai tələbdir. İranlı nazir vurğulayıb ki, yeganə çıxış yolu İsrailin təcavüzkar siyasətlərinin və qəddar hücumlarının qarşısını almaqdır.

Eyni zamanda XİN rəhbəri qeyd edib ki, İslam Respublikası İsrailin son zərbələrinə cavab verməkdə nə tərəddüd etməyəcək, nə də tələsəcək.

“Biz sionist rejimin təcavüzünü pisləyirik və cavab vermək hüququnu özümüzdə saxlayırıq; axı, ölkəmizin ərazisinə təcavüz olub və vaxtında cavab verməyimiz təbiidir”, – deyə Əraqçi bildirib.

O, Avropa ölkələrini İsrailin təcavüzünü pisləməkdə aciz olduqlarına görə tənqid edərək qeyd edib ki, Qərb dövlətləri çox vaxt beynəlxalq hüququ yalnız öz maraqlarına uyğun gələndə gündəmə gətirir, çox vaxt digər hallara məhəl qoymur və ikili standartlar tətbiq edirlər.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi mətbuat konfransı zamanı bildirib ki, İran Türkiyə ilə birlikdə İsrailə silah embarqosu tətbiq etmək üçün bəzi ölkələrlə danışıqları davam etdirir.

  •  (0)
  •  (0)