160 erməni hərbçisinin İran ərazisində olması xəbəri həqiqəti əks etdirmir.
Hokm.az axar.az-a istinadla xəbər verir ki, bununla bağlı İranın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda qeyd olunub.
“İran İslam Respublikasının Ermənistandakı səfirliyi hesab edir ki, bəzi erməni KİV-lərinin guya 160 hərbçinin İranda olması, İran tərəfinin isə onların qaytarılması üçün şərt irəli sürməsilə bağlı yaydığı məlumatlar yalan və əsassızdır”, – bəyanatda bildirilib.
Qeyd edək ki, dünən erməni mətbuatı Qarabağda 44 günlük müharibə zamanı 160 erməni hərbçisinin İrana keçməsi ilə bağlı məlumat yaymışdı.