İmişli rayonunda 29 yaşlı gənc oğlan intihara cəhd edib.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Ə.C. yaşadığı evin həyətində olan hamamda özünü asaraq intihara cəhd edib. Xoşbəxtlikdən yaxınları hadisədən xəbər tutub və dərhal Ələkbəri xilas ediblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım qrupu gəlib. Ə.Cahangirov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
Hokm.az