İlham Əliyevin Qırğızıstana səfəri GÖZLƏNİLİRbackend

İlham Əliyevin Qırğızıstana səfəri GÖZLƏNİLİR

Noyabrın 6-da Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü keçiriləcək.

 

Hokm.az-ın məlumatına görə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi edəcəyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri iştirak edəcəyi gözlənilir. Təşkilatda müşahidəçi statusu olan ölkələrin hökumət başçıları və təşkilatın baş katibi tədbirə qatılacaq.

 

Rəsmi məlumata görə, iclas “Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı üçün Təhlükəsizlik” şüarı ilə keçiriləcək. Sammit TDT-nin hərtərəfli gündəliyi ilə bağlı yüksək səviyyəli müzakirələr üçün mühüm platforma yaradacaq.

 

Liderlər əsas məsələlər üzrə qərarlar qəbul edəcək, sazişlər imzalayacaq və iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik sahələrində TDT layihələri ilə bağlı rəsmi sənədləri təsdiq edəcəklər gündəliyə həmçinin üzv dövlətlər və müşahidəçilər arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığa diqqət yetirilməklə, regionda və ondan kənarda baş verən siyasi və iqtisadi hadisələrin müzakirələri də daxil ediləcək.

 

Tədbirin bağlanış mərasimində dövlət başçıları Bişkek Bəyannaməsini və bəzi mühüm qərarları imzalayacaqlar.

  •  (0)
  •  (0)