Tanınmış şair, iş adamı Rüstəm Behrudinin qardaşı İlham Behrud Alməmmədovun 17 yaşlı oğlu İsa Alməmmədlinin Binəqədi rayonu Cəfər Xəndan küçəsi 54 ünvanındakı çoxmərtəbəlib inanın 15-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı xəbər vermişdik.
Hokm.az xəbər verir ki, mərhumun atası İlham Alməmmədov feysbuk səhifəsində gecə saatlarında oğlunun şəklini paylaşaraq “Namərd adamlar, siz mənim oğlumu öldürdünüz!”, deyə, qeyd edib.
İlham Alməmmədovun “namərd adamlar” ifadəsini hansı mənada işlətdiyi bilinmir.
Qeyd edək ki, faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.publika.az