London İmperial Kollecinin alimləri bildiriblər ki, koronavirus infeksiyasının “omikron” ştamında təkrar yoluxma riski “delta” variantı ilə müqayisədə 5,4 dəfə yüksəkdir.
Hokm.az xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.
Ekspertlərin fikrincə, keçmiş COVID-19-un təmin etdiyi qoruyuculuq 19 faizə qədər aşağı ola bilər.
Bununla belə, Cənubi Afrikada aparılan başqa bir araşdırma göstərib ki, yeni ştam “delta”dan qoruya bilər. Alimlər müəyyən ediblər ki, “omikron”a yoluxmuş insanlarda anticisimlər “delta”ya nisbətdə 4 dəfədən çox qorunur.
Xatırladaq ki, infeksionist, tibb elmləri namizədi, İnvitro-Sibir klinik diaqnostika laboratoriyasının baş həkimi Andrey Pozdnyakov tənəffüs yoluxucu infeksiyalar üçün atipik olan “omikron” ştamının əlamətlərini sadalayıb. Həkimin sözlərinə görə, gizli simptomlara yorğunluq, əzələ və ya oynaq ağrısı, ürəkbulanma, iştahanın azalması, müxtəlif nevroloji simptomlar və səpgi daxildir.Publika.az