İki minik avtomobili toqquşdu, yaralılar var – Adlar – YENİLƏNİBbackend

İki minik avtomobili toqquşdu, yaralılar var – Adlar – YENİLƏNİB

İsmayıllıda iki minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Muğanlı-İsmayıllı yolunda, İsmayıllının Basqal kəndi ərazisindən keçən hissəsində baş verib. İki minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alanların kimliyi bəlli olub.

Bunlar Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Nərgiz Bilalova, 1956-cı il təvəllüdlü Fətəliyeva Gülcamal Teymur qızı, Mingəçevir şəhər sakini 1988-ci il təvəllüdlü Hacıyeva Əminə Zakir qızı, Şəki şəhər sakini  1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Polad oğludur.

Digər yaralının hələlik adı məlum deyil.

Hokm.az

  •  (0)
  •  (0)