Ukrayna prezidenti Vladimir Zelenski Kiyevi tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Ukrayna dövlət başçısı “Instagram” səhifəsində iş yerindən video yayımlayıb.
“İki gündən bir xəbər gəlir ki, guya mən Ukraynadan, Kiyevdən harasa qaçmışam. Amma görürsüz ki, mən burdayam. Heç kim heç yerə qaçmayıb. Biz işləyirik”, – deyə V.Zelenski müraciətində bildirib.