Fevralın 20-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin və “Bank Standard” QSC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Hokm.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət “Atabank”a məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,30 kv.metrlik qeyri-yaşayış sahəsindən, eləcə də “Bank Standard”a məxsus dəyəri 2 740 manat olan müxtəlif daşınar əmlaklardan gedir.