İki azyaşlı qidadan zəhərləndi, biri öldübackend

İki azyaşlı qidadan zəhərləndi, biri öldü

Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

Mərkəzin Mətbuat xidmətindən  verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri – 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib. Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır.

Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.

  •  (0)
  •  (0)