Media nümayəndələrini təhqir edən, onlara “reket”, “dələduz”, “casus” deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.
Musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.
Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini də deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının idarə heyətində qala bilməz.
Yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.