Bakıdan bizə məlumat daxil olan kimi hadisə ilə məşğul olmağa başladıq. Qız məktəbə gedəcək və 18 yaşına kimi oxuyacaq. Ailə adqoyma mərasimi keçirib. Biz onlara başa saldıq ki, bu, qanunaziddir, məktəb qaydalarına da uyğun deyil. Ailə bizimlə razılaşdı, artıq 18 yaşından sonra kiminlə və hansı yaşda ailə quracağına qızın özü qərar verər.
Hokm.az xəbər verir ki, bu sözləri Bədəlan kənd icra nümayəndəsi Hacırza Nağıyev mayın 5-də Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində 14 yaşlı qızla 36 yaşlı kişinin baş tutan nişan mərasimi haqqında danışarkən deyib. Xəbəri təsdiqləyən icra nümayəndəsi bildirib ki, olaydan xəbər tutan kimi polisə və müvafiq orqanlara məktub yazılıb:
“Hüquq-mühafizə orqanları və İcra Hakimiyyətinin işçiləri ilə birlikdə ailə üzvlərindən izahat alınıb. Ailə söz verdi ki, qızın ailə qurması məsələsinə 18 yaşından baxılacaq. Bəy Rusiya vətəndaşıdır, əvvəllər evli olub-olmadığı barədə məlumatım yoxdur”.Publika.az