İcra başçısı ədliyyə işçiləri ilə bir aradabackend

İcra başçısı ədliyyə işçiləri ilə bir arada

Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov,  ədliyyə işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə bir araya gəlib

 

Hokm.az xəbər verir ki, ilk olaraq Salyan şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edilib. Ədliyyə strukturunun təkmilləşdirilməsi işində böyük xidmətlər göstərən dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edilərək abidəsi önünə gül-çiçək dəstələri düzülüb.

 

Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov hüquq ictimaiyyəti üçün əlamətdar olan ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, haqqın və ədalətin keşiyində dayanaraq, qanunun aliliyinin təmin olunması işlərində Azərbaycan Ədliyyəsinin nüfuzunu qoruyan, onun adını daim uca tutan Ədliyyə işçilərinə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonda xidməti fəaliyyətlərində fərqlənən bir qrup ədliyyə işçisinə rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edilib.

  •  (1)
  •  (0)