Bu gün ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir.
“Hokm.az” xəbər verir ki, bunu baş prokurorun müavini Heydər Məmmədov prokurorluğa işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.
H.Məmmədov bildirib ki, prezident İlham Əliyevin sayəsində, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında müasir məzmunlu islahat tədbirləri intensiv surətdə davam edir. İslahatlar müxtəlifdir, çoxşaxəlidir və prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə edir.
İstintaqın keyfiyyətinin artırılması, həm prosessual nəzarətin, həm dövlət ittihamının müdafiəsinin gücləndirilməsi, digər tərəfdən innovativ yeniliklər, gənclərin şəffaf prosedurlara əsaslanan müsahibiqələr yolu ilə kadr korpusunun gücləndirilməsi – bütün bu faktorlar gənclərdə ruh yüksəkliyi yaradır.
Baş prokurorun müavini qeyd edib ki, bu səbəbdən gənclər məhkəmə-hüquq sisteminin aparıcı qüvvəsi olan prokurorluqda işləmək arzusundadır. Təsadüfi deyil ki, bu gün ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir.