Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıbbackend

Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb

Belarusun ONT telekanalı xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin nümayəndələri arasında danışıqlar başlayıb.

Hokm.az Milli.Az-a istinadən verdiyi məlumata görə, Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, prezident administrasiyası və digər idarələrin nümayəndələri daxil olub. Ona Rusiya prezidentinin köməkçisi Vladimir Medinskiy rəhbərlik edir.

Ukrayna nümayəndə heyətinin tərkibinə “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak, Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Xalq deputatı Rustem Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski qatıldılar.

  •  (0)
  •  (0)