Milli Məclisin deputatı Mübariz Qurbanlı “Qadın iştirakçılığının təbliği” tədbirində çıxışı zamanı səsləndirdiyi təklif müzakirələrə səbəb olub. Belə ki, o, həyat yoldaşlarını işləməyə qoyman kişilərin əməkhaqqından da qadının fonduna yığılması məsələsini qanuniləşdirilməsini təklif edib.
“Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar var təqaüd məsələsində təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqından qadının da pensiya fonduna yığıla bilər.
Məsələni qanuniləşdirmək olar. Buna kimsə etiraz etməməlidir, çünki kişinin özü qadını çalışmağa qoymayıb”,-deputat deyib.
Deputatın təklifi özlüyündə müzakirələrə səbəb olub. Kişilərin bu cür “cəzalandırılması” bir çox sosial şəbəkə istifadəçisi tərəfindən tənqid edilib.
Amma məsələnin hüquqi və iqtisadi tərəfləri də var. Hokm.az xəbər verir ki Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli kimin həyat yoldaşını işləməyə qoymadığını müəyyən etməyin mümkün olmadığını deyib:
“Birincisi bunu necə müəyyən edəcəklər ki, həyat yoldaşını kim işləməyə qoymur. Sorğu yolu, yoxsa istintaqa cəlb etməklə bunu öyrənəcəklər? Bunu müəyyən etməyin yolunu tapsalar, sonradan digər addımlar barədə düşünmək olar. Məsələn kişinin xanımından soruşacaqlar, o da əri ilə arasını pozmamaq üçün deyəcək ki, elə şey yoxdur”.
N.Cəfərli onu da qeyd edib ki,qanunvericilikdə işin həcminə və əlavə dəyər yaradılmasına görə maaşın hesablama qaydaları formulu hazırlanmalıdır:
“Dünyada da bu problem geniş müzakirə olunub. İndi düzdür, bu problemlər bir sıra inkişaf etmiş ölkələrdə bu məsələ həllinin tapıb. Azərbaycanda da bu məsələ zaman-zaman gündəmə gəlir. Amma elə işlər var ki, zaman-zaman xanımlarla kişilər arasında görülən işlərin həcmi arasında da fərq olur. Bu, işin həcmindən və əlavə dəyər yaratmadan asılı olmalıdır. Təbii ki, cinsiyyətdən asılıdır. Dövlət qulluğunda 890 min nəfər büdcədən maliyyələşən büdcə işçiləri var. Bu işçilərin maaşlarında heç bir problem yoxdur. Nazirlikdə xanım və ya kişi kimi işləməyin fərqi yoxdur. Bununla bağlı özəl sektorda müəyyən problemlər var. Məsələn kişi müsahiblər daha artıq mmaş istəyirlər və ya alırlar, nəinki kişilər. başqa sahələrdə də belə məsələlərə rast gəlinir. Ona görə də qanunvericilikdə elə formul yaradılmalıdır ki, işin həcminə və əlavə dəyər yaradılmasına görə hesablama qaydaları düşünülməlidir ki, bu cinsiyyətə bağlı olmasın. Bu zaman müəyyən məsələlər var ki, orada qeyri-bərabərlik aradan qaldırıla bilər”.
Ekspert söyləyib ki, qeyri-bərabər maaşlarla bağlı problem daha çox özəl şirkətlərdə üzə çıxır:
“Dövlət özəl şirkətlərə müdaxilə edə bilməz. Sadəcə müəyyən təşviqlər edə bilər. Daha çox xanım işçi götürənlərə vergi güzəştləri edilə bilər. Dövlət bu işdə iştirak etmək istəyirsə, güzəştlər etməli, təşviq proqramları hazırlamalıdır. Xanımları, əlilləri işə götürənlərə vergi güzəştləri tətbiq edilə bilər ki, bu zaman əmək bazarında müəyyən pozitiv təsirləri ola bilər”.