Hesablama Palatasının yoxlamaları artıq NƏTİCƏ VERİRbackend

Hesablama Palatasının yoxlamaları artıq NƏTİCƏ VERİR

Hesablama Palatası vaxtaşırı dövlət qurumlarında yoxlama (nəzarət tədbiri) aparır. Yoxlamalar zamanı aşkarlanan nöqsanlar barədə ictimaiyyətə məlumat verilir.

Bir müddət əvvəl Hesablama Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) də yoxlama aparıb. Məlumatın açıqlamanmasından sonra qurumun İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edilib. Onun qurumdakı yoxlamalarla əlaqədar işdən çıxarıldığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl də Palatanın aşkarladığı nöqsanlar barədə prokurorluğa müraciətlər edilib, cinayət işi açılıb.

Palatanın bu il də bir çox dövlət qurumunda yoxlamalar aparacağı gözlənilir.

Hokm.az xəbər verir ki Modern.az-a açıqlamasında sabiq deputat, iqtisadçı Vahid Əhmədov bildirib ki, Hesablama Palatasının apardığı yoxlamaların effektivliyi barədə Milli Məclisdə həmişə müzakirələr aparılır.

“Palatada kifayət qədər təcrübəli auditorlar var. O cümlədən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov kifayət qədər təcrübəli mütəxəssisdir. Qurumda ciddi kadr problemi yoxdur. Düzdür iş çoxdur, çünki faktiki olaraq dövlət büdcəsinə nəzarət edən bir orqandır.  Amma aparılan  yoxlamalar effektli olur, yoxlamaların nəticələri bəzən hüquq-mühafizə orqanlarına göndərilir. Elə vaxt da olur ki, yerindəcə cərimələri ödəyirlər. Son vaxtlar əlbəttə,  effektivlik artır. Ümumiyyətlə, Azərbaycanda bu sistem müəyyən qədər dəyişdi. Kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, hamı qanun qarşısında eyni olmalıdır. Sən dövlət orqanına rəhbərlik edirsənsə, orada baş verən məsələlərə cavabdehsən.  Bunu nəzərə almaq lazımdır. Hesablama Palatasının ANAMA-dakı yoxlamalarının nəticəsi oldu. Bundan qabaq işğaldan azad olunmuş ərazilərdə ciddi yoxlamalar getdi  və problemlər üzə çıxdı.  Bu gün bizdə büdcəyə nəzarət mexanizminin həyata keçirilməsi çox önəmli məsələlərdən biridir. Çünki vəsait ayrılıb. O vəsait düzgün xərclənib istifadə edilmir. Korrupsiya halları baş verir. Bu barədə cənab Prezident dəfələrlə deyib. Bunun qarşısını almaq üçün ciddi qərarlar verilməlidir.Hər kəs qanun qarşısında eynidir və eyni də cavab verməlidir”.

V.Əhmədov bildirib ki, son kadr dəyişikilikləri – Anar Əliyevin əmək və əhalinin sosial müdafiəsi naziri, Sahil Babayevin maliyyə naziri təyin edilməsi, dünyada gedən proseslər, son vaxtlar Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik və sair hadisələr Azərbaycanda ictimai-siyasi, iqtisadi həyata təsir edir:

“Ona görə də biz büdcənin xərc hissəsinə diqqəti daha da artırmalıyıq.  Xərclər effektiv olmalıdır. Yoxsa ayrılan vəsait lazımi yerə xərclənmədisə, onun effekti olmadısa, o nəyə lazımdır? Hesablama Palatası son vaxtlar bununla əlaqədar ciddi işlər aparır. İndi Maliyyə Nazirliyi ilə ikitərəfli planlar da hazırlayacaqlar. Çünki Azərbaycanda nə qədər korrupsiyaya qarşı mübarizə aparılsa da, xüsusi komissiya müəyyən işlər görsə də, korrupsiya fakt olaraq qalır. Bunun qarşısını almaq üçün Hesablama Palatası daha ciddi tədbirlərə  əl atmalıdır”.

  •  (0)
  •  (0)