Həmas 3 israilli girovu azad etdi – 183 fələstinli buraxılacaq – YENİLƏNİBbackend

Həmas 3 israilli girovu azad etdi – 183 fələstinli buraxılacaq – YENİLƏNİB

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verib.

Hokm.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı evlərindən qaçırılan 52 yaşlı Eli Sharabi və 56 yaşlı Ohad Ben-Ami, eyni gün musiqi festivalından sonra girov götürülən 34 yaşlı Or Levi hazırda vətənlərinə qayıdırlar.

Bu, yanvarın 19-da atəşkəsin qüvvəyə minməsindən sonra artıq beşinci girov mübadiləsidir. Bu müddət ərzində 18 girov və 550-dən çox fələstinli məhbus azad edilib. Bugünkü mübadilə çərçivəsində İsrail 18-i ömürlük həbs cəzası çəkən 183 fələstinli məhbusu azad etməlidir.

Həmas və İsrailin razılaşdığı atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək. Bunun bir hissəsi olaraq HƏMAS hərəkatı 1900-ə yaxın fələstinli məhbusun əvəzində 33 girovu azad edəcəyini vəd edib. İkinci mərhələ qalan girovların azad edilməsini və müharibənin yekun başa çatması ilə bağlı müzakirələrin başlanmasını əhatə etməlidir. Üçüncü mərhələ ölülərin cəsədlərinin dəyişdirilməsini əhatə edir.

“Axios” portalının məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, HƏMAS liderləri hakimiyyətdən əl çəkib üçüncü ölkələrə sürgünə getsələr, Qəzza zolağında müharibəni dayandırmağa hazırdır.

***
Bu gün İsrail və HƏMAS arasında əsir mübadiləsinin beşinci raundu baş tutacaq.

3 israilli kişi məhbusun müqabilində 183 fələstinli azad ediləcək.

Hokm.az xarici KİV-ə istinadən xəbəır verir ki, HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının beşinci raundunda azad edəcəyi israillilərin adlarını açıqlayıb.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən verilən açıqlamada, razılaşma çərçivəsində 3 israilli məhbusun bu gün azad ediləcəyi bildirilib.

Açıqlamada azadlığa buraxılacaq məhbusların Eli Sharabi, Or Levy və Ohad Ben Ami olduğu qeyd edilib.

Bəyanatda bildirilir ki, məhbusların siyahısı vasitəçilərə çatdırılıb.

Qəzzadakı 3 israillinin Qırmızı Xaç qruplarına təhvil verilməsindən sonra İsrail həbsxanalarında olan 183 fələstinlinin azadlığa çıxacağı gözlənilir.

  •  (0)
  •  (0)