Hansı sahələr bağlanacaq? – Sərtləşdirilmiş karantinin bəzi detalları müəyyənləşdibackend

Hansı sahələr bağlanacaq? – Sərtləşdirilmiş karantinin bəzi detalları müəyyənləşdi

Xəbər verdiyimiz kimi, bu gün saat 16.00-da Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinqdən öncə isə Operativ Qərargahın karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarlarının açıqlanacağı gözlənilir.

Bəs hansı qərarlar veriləcək?
Hokm.az-ın məlumatına görə, Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış dayandırılacaq.
Həmçinin ictimai-iaşə obyektlərində (kafe-restoran) yerində xidmət dayandırılacaq, salon və bərbərxanalar işləməyəcək.
Ali və orta təhsil müəssisələrində təhsil dayandırılacaq, yenidən disant təhsilə start veriləcək.
Həmçinin SMS icazə tətbiq olunacaq.
Sərtləşdirilmiş karantin rejiminin ən azı 3 həftə ərzində tətbiqi gözlənilir.Qaynarinfo
  •  (3)
  •  (1)