Hacıqabulda avtomobilin aşması nəticəsində dörd nəfər xəsarət alıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Qubalı-Baloğlan kəndində baş verib.
“Ford” markalı avtomobilin idarəetməni itirib aşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hokm.az